2089
Yanvarın 9-da Sürüxdə FİFA "The Best" adlı mükafatını dünyanın ən yaxşı futbolçusuna təqdim edəcək. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.Məlumata görə, bu mükafata Ronaldo, Messi, Qrizmann iddialıdırlar.
Məlumat üçün bildirək ki, Fransa nəşri "France Football" "Qızıl top" mükafatını 1956-cı ildə təsis edib. Avropa ölkələrinin jurnalistlərinin səsverməsi ilə seçilən ilin oyunçusu bu mükafata layiq görülüb. 1988-ci ildən FİFA "İlin oyunçusu" mükafatı təsis edib. Assosiasiya millilərin baş məşqçiləri və kapitanları arasında sorğu ilə ən yaxşını müəyyənləşdirib. 2010-cu ildə tərəflər arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən iki mükafat əvəzinə "FİFA Qızıl topu" təqdim olunmağa başlayıb. Bu səsvermədə millilərin baş məşqçiləri, kapitanlar, həmçinin jurnalistlər iştirak edib.
Ötən il "Frans Football" jurnalının dünyanın ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatı ilə bağlı əməldaşlığı sona çatıb.
Əməkdaşlığın başa çatmasına tərəflər arasında yeni müqavilənin detallarının razılaşdırılmaması səbəb olub. Odur ki, daha FİFA və "France Football"ın ortaq mükafatı təqdim olunmur. FİFA "The Best" adlı mükafat təsis edib.