şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Sumqayıt" Antalyada 3 yoxlama oyunu keçirəcək

06.01.2017 17:44 Oxundu 1976

Bu həftə dövrələrarası fasilədə hazırlığın birinci mərhələsini başa vuracaq "Sumqayıt" Futbol Klubu ötən mövsüm olduğu kimi təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Yanvarın 10-da səhər saatlarında qonşu ölkəyə yola düşəcək komanda 10 gün hazırlıq prosesi keçəcək. "Sumqayıt" FK Antalyada "The Sense De Luxe" otelində məşkunlaşacaq. Komanda Türkiyədə olduğu müddətdə 3 yoxlama oyunu keçirəcək.