06.01.2017 20:08
1772
1772
Bakıda Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar davam edir. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar nəzəri hissədən sonra praktik olaraq davam etdirilib. 99 ölkədən 370 nümayəndə heyətinin iştirak etdiyi tədbirdə cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb. Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən seminara sabah yekun vurulacaq.