şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Obameyanq "fərqli" gəldi

07.01.2017 07:01 Oxundu 2088

Afrikada 2016-cı ilin ən yaxşılardan biri seçilmiş Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya") təltifetmə mərasimində "fərqlənib". Belə ki, o, tədbirə dəbdəbəli geyimi ilə gələ bilməyib. Buna səbəb Frankfurtdan Nigeriyaya uçan "Lüfthanza" aviaşirkətinə məxsus reysdə baqajını itirməsi olub.

Bir daha xatırladaq ki, Afrika milli komandalarının baş məşqçilərinin arasında keçirilən səsverməyə əsasən, Əlcəzair millisinin və "Lester"in futbolçusu Riyad Mahrez ötən ilin ən yaxşısı seçilib. O, 361 bal toplayıb. Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya") 313 balla ikinci, Sado Manya (Seneqal, "Liverpul" 186 balla üçüncü olub.