şənbə, 17 yanvar 2026

GÜLƏŞ

3 qadın güləşçimiz ilk onluğa düşüb

07.01.2017 07:51 Oxundu 2499

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən, 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, qadın pəhləvanların reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-ü ilk onluğa daxildir.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikə məxsusdur. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir.