şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

“Zirə”nin əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq.

07.01.2017 13:41 Oxundu 1914

“Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunları arasında dəyişiklik olub. “Sarı-göylər” əvvəlcədən əldə edilən razılığa əsasən, yanvarın 19-da “Zirə” ilə qarşılaşmalı olsa da, görüş baş tutmayacaq. Buna səbəb rəqibin hazırlıq planında dəyişikliyin edilməsi və Bakı klubunun Türkiyəyə yollanmasıdır. “Zirə”nin əvəzində Gəncə təmsilçisi “Zaqatala” ilə oynayacaq. I divizion klubu ilə görüş yanvarın 19-da saat 15:00-da “Dalğa Arena”da keçiriləcək.