07.01.2017 13:53
2224
2224
Almaniyanın “Volfsburq” klubu heyətinə yeni futbolçu cəlb edib. Bundesliqa təmsilçisi Türkiyə millisinin və “Maynts”ın üzvü Yunus Mallını transfer edib.Onunla 4,5 illik müqavilə imzalanıb. “Volfsburq” 24 yaşlı hücumçu üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.
Qeyd edək ki, 2011-ci ildən “Maynts”da çıxış edən Yunus Mallı cari mövsüm 24 oyunda meydana çıxıb və 8 qol vurub.