07.01.2017 14:31
2092
2092
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo bildirib ki, indiyədək bir çox komandalarda olub, lakin onların arasında indi rəhbərlik etdiyi komanda kimi komanda olmayıb: "Mən bir çox iddialı klublarda işləmişəm, ancaq mənim karyeramda "Mançester Yunayted" kimisi olmayıb. Adətən mənim komandalarım praqmatik oynayıb və rəqibə meydanda hegemonluğa imkan verməyib. Bu çox vacibdir. Biz istədiyimiz və azarkeşlərin istədikləri kimi oynayırıq".