şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Elxan Abdullayevin arzuları

07.01.2017 14:43 Oxundu 2143

"Bilirsiniz ki, bu il "Neftçi"nin 80 illiyidir. Buna görə də əsas diqqətimizi ölkə kubokuna yönəldəcəyik. Hədəfimiz kuboku qazanmaqdı. Premyer Liqada da maksimum yuxarı pillələr uğunda mübarizə aparmağa çalışacağıq. 3-cü pillə çətindir. Amma ilk 4-lükdə yer alıb Avroliqaya getmək istəyirik". Bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev sportal.az-a müsahibəsində deyib. O həmçinin bildirib ki, "Neftçi"nin heyətini gücləndirməkdə davam edəcək: "Hücumçu axtarırıq. Bu mövqe bizdə boş qalıb. Bir-iki futbolçu ilə danışıq aparırıq. İndi adlarını çəkmək istəmirəm. İkisi də Avropada çıxış edir. İspaniyadandılar, alınsa, müqavilə imzalayacağıq".