07.01.2017 15:16
2197
2197
“Real” Madridin forvardı Kriştiano Ronaldo oyunlara yeni butsda çıxacaq. Yeni butsları onun üçün xüsusi olaraq “Nike” şirkəti hazırlayıb. K. Ronaldo yeni butsların siftəsini İspaniya çempionatının 17-ci turu çərçivəsində “Qranada” ilə matçda edəcək. Portuqaliyalı ulduz futbolçu “İnstaqram” səhifəsində yeni butsun görüntüsünü paylaşıb. Fotoda buts hücumçunun dekabrın 12-də aldığı “Qızıl top” mükafatının üstündə durur.