şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi”nin yeni transferi: "Hər şey yaxşı olsa..."

07.01.2017 16:33 Oxundu 2379

"Neftçi” PFK-nın çexiyalı yeni transferi i Zdenek Folprext klubun rəsmi saytına açıqlama verib: "Təbii ki, bura gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm. Kollektivə belə tez uyğunlaşacağımı düzü heç gözləmirdim. Bu mənim üçün yaxşı mənada sürpriz oldu. Qarşımızda konkret hədəflər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik ölkə kubokunda da mübarizəmizi davam etdiririk. Komandada mənimlə yanaşı bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm.”