07.01.2017 21:27
2247
2247
"Neftçi” PFK-nın futbolçusu Fəhmin Muradbəyli Antalya hazırlığı barədə danışıb: "Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki məşqlər keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidir. Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək”.