08.01.2017 10:50
2304
2304
Rusiya yığmasının və OMİK-in sabiq baş məşqçisi Leonid Slutski maraqlı açıqlamaları ilə gündəmə gəlib: "300 min əhalisi olan İslandiyada 1,5 min nəfərlik futbol manejləri tikilib! Amma 2,5 milyon əhalisi olan Voronej vilayətindəki manejdə məşq imkanları ümumiyyətlə yoxdur. Biz futbolçular haqda danışırıq. Götürək avtomobil sənayesini. Məgər Rusiyada dünyanın ən yaxşı maşınları istehsal olunur? Aydındır ki, yox. Bəs niyə qışqırırlar ki, bizdə "futbol yoxdur". Axı bizdə babat maşın istehsalı da yoxdur, amma bununla bağlı bir kimsə həyəcan siqnalı çalmır. Axı niyə biz bütün digər göstəricilər üzrə dünyada ən yaxşı olmamalıyıq, amma futbolda yaxşı olmalıyıq? Biz axı Braziliya deyilik!"