08.01.2017 17:11
2054
2054
"Çelsi"nin baş məşqçisi Antonio L. Konte yaxın illərdə karyerasını bitirməyi düşünmədiyini bildirib: "Ferqyuson və Venger - iki böyük məşqçi. Ser Aleks Ferqyuson da mənim üçün nümunədir, Arsen Venger də. Mən hələ məşqçilik karyeramı başa çatdırmaq fikrindən uzağam. Hələ 10 ildə də çalışacağam. 47 yaşım var. Ümid edirəm ki, mənim həyat yoldaşım bunu eşitməyəcək: futbol bizim həyatımızdır. Məhz bunun sayəsində biz formadayıq. Futbol həyatımız olmaqdan çıxanda elə məsqçi kimi ölürük".