çərşənbə, 21 yanvar 2026

ŞAHMAT

Təmsilçimiz qaliblə eyni nəticə göstərib

05.07.2016 22:30 Oxundu 2485

Filadelfiyada şahmat üzrə 44-cü açıq turnir başa çatıb. 9 mümkün xaldan 7 xal toplayan macar Qabor Papp əlavə göstəricilərə görə turnirin qalibi olub. Azərbaycan təmsilçisi Vasif Durarbəyli, moldovan Viktor Boloqan, gürcü Tamaz Gellaşvili, rusiyalı Aleks Şimanov, israilli İlya Nijnik və Gil Popilski qaliblə eyni nəticə göstəriblər. On bir oyunçu yarım xal geri qalıb.

Amerikada açıq şahmat turnirində 213 şahmatçı, o cümlədən 33 qrossmeyster iştirak edib.