şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Xames "Mançester Yunayted"i seçir?

08.01.2017 18:13 Oxundu 2335

Madrid "Real"ının yarımmüdafiəçisi Xames Rodriges "Mançester Yunayted"də çıxış etmək niyyətindədir. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Məlumata görə, Xames baş məşqçi Zinəddin Zidanla dil tapa bilmir, elə bu səbəbdən klubu tərk etmək istəyir. O, karyerasını "Mançester Yunayted"də davam etdirilməsiniən optimal variant sayır. Oyunçunun agenti Jorje Mendeş də Joze Mourinyo ilə əməkdaşlıq edənlərdəndir. O, "Mançester Yunayted"in vitse-prezidenti Ed Vudvardla artıq danışıqlar aparır.

Qeyd edək ki, "Çelsi" və "PSJ" də Xameslə maraqlanır, amma o, "Mançester Yunayted"ə keçmək niyyətindədir. Keçid yanvarda, ya da yayda baş tuta bilər.