şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi" ilk sınaqdan çıxdı?

08.01.2017 19:11 Oxundu 2483

"Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komanda Türkiyənin "Sivasspor” klubu ilə qarşılaşıb. "Bellis Deluxe” otelinin meydançasında baş tutmuş görüşdə qapılara qol vurulmayıb – 0:0. "Neftçi”nin üstünlüyü şəraitində keçmiş oyunun 50-ci dəqiqəsində hakimin təyin etdiyi şübhəli penalti zərbəsini qapıçımız Maksim Vaylo dəf edib.

"Neftçi” bu heyətlə çıxış edib: 33.Boban Baykoviç (53.Maksim Vaylo, 46), 14.Kirilo Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski (22.Mahir Şükürov, 46), 27.Məqsəd İsayev, 13.Murad Ağayev (80.Edson Kastilyo, 69), 8.Zdenek Folprext, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç (3.Jairo Rodriges, 82).

Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə təlim-məşq toplanışında olacaq “Neftçi”nin orda “Sivasspor”dan başqa “Kukesi” (Albaniya: 15 yanvar), “Tosno” (Rusiya: 17 yanvar) və “Terek”lə (Rusiya: 19 yanvar) yoxlama görüşü keçirəcək.