şənbə, 02 avqust 2025

ŞAHMAT

Eltac Səfərli beynəlxalq turnirin qalibi olub

09.01.2017 07:13 Oxundu 3145

Azərbaycan şahmatçısı Eltac Səfərli Bazel şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub. E.Səfərli 9 turun nəticələrinə görə 7 xal toplayaraq birinci yeri tutub. Son turda o, həmyerlisi Nicat Abbasovla heç-heçə oynayıb. Şahmatçımız çinli Cin Şi Bay və fransalı Kristian Bauerlə eyni xal toplasa da əlavə göstəricilərə görə qalib elan olunub.

Yanvarın 2-8-də keçirilən Beynəlxalq Şahmat Festivalına 107 şahmatçı qatılıb. Azərbaycanı, həmçinin Nicat Abbasov və Vüqar Əsədli təmsil ediblər.