09.01.2017 07:25
2060
2060
"Mançester Yunayted"in futbolçusu Ueyn Runi üçün İngiltərə Federasiya kubokunun 1/32 finalında "Redinq"lə oyun əlamətdar olduğu barədə məlumat vermişdik. Bu görüşdə fərqlənən 31 yaşlı hücumçu "MY"da vurduğu qolların sayını 249-a yüksəldib. Bununla da o, klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltona çatıb. Runinin bu uğuruna komandanın baş məşqçisi Joze Mourinyo belə reaksiya verib: "249-cu qolu vurduğu gün Runi üçün ən yaxşı gün olmadı. Onun ən yaxşı günü hələ irəlidədir. Yəni o, növbəti qol vurmaqla və bu rekordu təzələməklə "Mançester Yunayted"in tarixinə ən məhsuldar bombardir kimi düşəcək. Bax onda hər şey onun üçün daha yaxşı olacaq".