şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Yığmamız turnirdə ilk oyununa çıxır

09.01.2017 07:39 Oxundu 1949

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Tarixində 9-cu dəfə beynəlxalq turnirdə çıxış edəcək yığmamız Litvanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00) başlayacaq.

Qeyd edək ki, qrupun digər matçında Slovakiya Qazaxıstanla üz-üzə gələcək