09.01.2017 09:53
1718
1718
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2016-cı ilin rəmzi yığmasını müəyyənləşdirib. 47 yaşlı xorvatiyalı mütəxəssis ölkəsində “Nova TV” kanalına açıqlamasında ötən ili dəyərləndirib.O, heyəti 4-3-3 taktiki sxeminə görə qurub.
Robert Prosineçkinin simvolik “11-liy”i:
Qapıçı: Yan Oblak (“Atletiko”)
Müdafiəçilər: Serxio Ramos, Marselo (hər ikisi “Real”), Xerard Pike (“Barselona”), Ektor Bellerin (“Arsenal”)
Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Andres İnyesta (“Barselona”), Dmitri Paye (“Vest Hem”)
Hücumçular: Lionel Messi (“Barselona”), Kriştianu Ronaldo (“Real”), Antuan Qrizmann (“Atletiko”)