şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Podolski də Çinin marağındadır

09.01.2017 10:44 Oxundu 2067

"Qalatasaray"ın hücumçusu Lukas Podolski Çin klubu "Beytszin Quoan"a keçə bilər. Çin klubu futbolçunun transferi üçün kluba 7 milyon avro ödəməyə hazırdır. Podolskiyə isə ildə 9 milyon avro maaş təklif olunur. "Qalatasaray"ın idman direktoru Levent Nafizoğlu da Çinin ona qarşı olan marağını təsdiqləyib. O bildirib ki, transfer barədə qərar futbolçunun özünün istəyindən asılı olacaq. Türkiyə klubu Podolskinin transferi ilə özünün maliyyə imkanlarını da yaxşılaşdıra bilər. Ötən ilin mayında UEFA-nın qaydalarına riayət etmədiyinə görə "Qalatasaray" bir il müddətinə avrokuboklardan uzaqlaşdırıb.

Qeyd edək ki, Podolskinin "Qalatasaray"la müqaviləsi 2018-ci ilin yayınadək nəzərdə tutulub.