09.01.2017 11:55
2204
2204
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi” PFK növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək. Rəqib Özbəkistanın "Nasaf” klubu olacaq. "Bellis Deluxe” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.Xatırladaq ki, "Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu ilə qarşılaşmışdı.