şənbə, 17 yanvar 2026

GÜLƏŞ

Firdovsi Umudov 40-ı aşırıb

09.01.2017 12:08 Oxundu 2595

Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun 40 yaşı tamam olub. Çempion.az onu təbrik edir və gələcək işlərində uğurlar arzulayır.

Firdovsi Umudov 5 yanvar 1977 -ci ildə Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açıb. O, sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir. Həmçinin o 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilib. "Şöhrət" ordeni (Azərbaycan) "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir.