şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

AAAF atletləri onlara tapşırdı

09.01.2017 14:41 Oxundu 2465

AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Məşqçilər Şurasının ilk iclası baş tutub. Federasiyanın Rəyasət Heyəti üzvlərinin, həmçinin ağır atletlər, məşqçilər və digər mütəxəssislərin iştirak etdiyi tədbirdə bütün yaş qrupları üzrə yığma komandaların yeni məşqçi heyəti müəyyən edilib. İclası AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov aparıblar.
Tədbirin sonunda yığma komandaların məşqçilər heyətinin seçilmə prosesi baş tutdu. Səsvermə hüququ olan məşqçi və idmançılar layiq bildikləri mütəxəssisləri öz səsvermə kağızlarında qeyd etdilər. Nəticədə yığma komandaların məşqçiləri aşağıdakı kimi müəyyən edildi:

Əsas yığma
Maksum Xasanov
Elnur Hüseynov
Teymur Əliquliyev

Gənclər yığması
Kərim Kərimli
Anar Qasımov
İdris Nəbiyev

Yeniyetmələr
Asif Məmmədov
Elmar Soltanov
Taleh Hüseynov

Əlavə edək ki, qadınlardan ibarət yığmanın məşqçilər heyəti növbəti günlərdə Məşqçilər Şurası tərəfindən müəyyən ediləcəkdir.