şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Qartallar" "Dordoy"la üz-üzə gələcək

09.01.2017 16:21 Oxundu 1946

Hazırlığın ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək "Zirə" yoxlama oyunlarında qüvvəsini sınayacaq. Komandamızın daha bir rəqibinin adı məlum olub. Belə ki, yanvarın 18-də baş tutacaq ilk qarşılaşmada "qartallar" Qırğızıstan təmsilçisi "Dordoy"la (Bişkek) üz-üzə gələcək. Əvvəlcədən məlumat verdiyimiz kimi, "Zirə" yanvarın 22-də keçirilməsi nəzərdə tutulan yoxlama oyununda Bolqarıstan təmsilçisi "Lokomotiv"lə (Qorna) qarşılaşacaq.