09.01.2017 20:26
1923
1923
"France Football” nəşri 2016-cı ilin ən yaxşı fransız məşqçisinin adını açıqlayıb. Qəzetin versiyasına əsasən, “Real”ın çalışdırıcısı Zinəddin Zidan ötən ilin ən yaxşı fransız məşqçisi seçilib.
Qeyd edək ki, Z.Zidan ötən il “Real”la Çempionlar Liqasını, Avropa superkubokunu və klublararası dünya çempionatını qazanıb. “Kral klubu” 44 yaşlı mütəxəssisin rəhbərliyi altında cari mövsümdə keçirdiyi oyunlarda məğlubiyyət üzü görməyib.