şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Rəşad Sadıqov yanılmdı

10.01.2017 09:39 Oxundu 2259

FİFA-2016-cı ilin ən yaxşı oyunçusunu açıqladı. Ali futbol qurumu ötən ilin ən yaxşısına təqdim olunan “The Best” mükafatını Kristiano Ronaldoya verdi.Məlumdur ki, seçimlər FİFA-ya üzv olan milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi əsasında keçirilir. Azərbaycanlı futbol azarkeşlərinə milli komandamızın baş məşqçisi Robert Prosineçkinin və kapitan Rəşad Sadıqovun hansı oyunçuya səs verdiklərinin maraqlı olacağını nəzərə alaraq təmsilçilərimizin seçimlərini təqdim edirik. Qeyd edək ki, Prosineçkinin seçimi FİFA-nın sıralamasına əsasən, tamam yanlış olduğu halda, Sadıqov dəqiq olub. FİFA-nın yekun sıralaması: 1. Kristiano Ronaldo, 2. Lionel Messi, 3. Antuan Qrizman

Robert Prosineçkinin seçimi: 1. Lionel Messi, 2. Kristiano Ronaldo, 3. Antuan Qrizman

Rəşad Sadıqovun seçimi: 1. Kristiano Ronaldo, 2. Lionel Messi, 3. Antuan Qrizman