şənbə, 17 yanvar 2026

VOLEYBOL

"Telekom” “Ximik”i qəbul edəcək

10.01.2017 09:44 Oxundu 2494

Bu gün Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirəcək. Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edəcək. Görüşün baş hakimi lixtenşteynli Filipe Şürmann olacaq. Ona rumıniyalı həmkarı Paul Katalin Szabo-Aleksi kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub. Çempionlar Liqasında hələ evdə qələbə qazanmayan komanda bu sindromu qırmağa çalışacaq. Əgər onlar bunu bacaracaqlarsa, görüş “Telekom”un tarixinə düşəcək.

10 yanvar

17:00. “Telekom” (Azərbaycan) – “Ximik” (Polşa)

Hakimlər: Filip Şurmann (Lixtenşteyn), Pol Katalin Sabo-Aleksi (Rumıniya)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Konegliano (İtaliya)

1

1

0

3-1

81-65

3

Modena (İtaliya)

1

1

0

3-1

100-86

3

Ximik (Polşa)

1

1

0

1-3

86-100

0

Telekom (Azərbaycan)

1

1

0

1-3

65-81

3

Qeyd edək ki, avrokubokda yeganə qələbəsini Polşa “İmpel”i üzərində qazanan Super Liqanın vitse-çempionu həmin vaxt uğura rəqib meydanında imza atmışdı.