10.01.2017 10:30
2060
2060
FİFA-nın dünyanın ən güclü futbolçusuna təqdim etdiyi "The Best" mükafatının finalının səsvermə faizləri açıqlanıb. Dünyanın ali futbol qurumun keçirdiyi sorğuda "The Best"in qalibi Kriştiano Ronaldo (Portuqaliya, "Real") səslərin 34.54 faizini toplayıb. Lionel Messi (Argentina, "Barselona") ikinci (26.42 faiz), Antuan Qrizmann (Fransa, "Atletiko") üçüncü (7.53 faiz) olub.
Qeyd edək ki, soğruda millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər iştirak edib.