şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Kataloniyalıları məzəmmət etdilər

10.01.2017 11:44 Oxundu 2147

"Barselona"nın sabiq oyunçusu, hazırda "Yuventus"da çıxış edən Daniel Alves kataloniyalıların oyunçularının FİFA-nın təqdimat mərasimində iştirak etməmələrini tənqid edib: "Onlar, bu tədbirə gəlməli idilər, bu mənim fikrimdir. Biz belə qərara hörmətlə yanaşmalıyıq, amma onlar da burada iştirak etməli idilər. Ronaldo bu mükafatı tam layiqdir. Doğrudur, mən səsimi başqasına vermişəm, amma "Ən yaxşı"nın Ronaldoya çatması ədalətli idi".

Qeyd edək ki, futbol əfsanəsi Diyeqo Maradona da FİFA-nın 2016-cı ilin ən yaxşı futbolçusu üçün təqdim etdiyi "The Best" mükafatının təqdimat mərasimində maraqlı açıqlama verib. Belə ki, 1986-cı ilin dünya çempionu həmyerlisi Lionel Messinin mərasimdə iştirak etməməsini təəccüblə qarşılayıb: "Messinin hərəkəti məni təəccübləndirdi. Evdə televizorun qarşısında oturmaqla heç kimlə mübarizə aparmaq olmaz. "Barcelona" nümayəndələrinin belə vacib mükafatın təqdimetmə mərasimində niyə iştirak etmədiyini bilmirəm. Messi Sürixə gəlsəydi, Barselonada qalmaqdan daha yaxşı mübarizə apara bilərdi".Məlumat üçün bilidirək ki, Ronaldo da onların iştirak etməməsini təəssüflə qarşılayıb.

Bir daha xatırladaq ki, millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Antuan Qrizmannı (Fransa, "Atletiko") qabaqlayıb.

K.Ronaldo ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına sahib çıxıb. Bununla da o, bu mükafatı qazanan ilk oyunçu olub.

Qeyd edək ki, Ronaldo ötən il Portuqaliya millisi ilə "Avro-2016"nı, "Real"la isə Çempionlar Liqası, Avropa superkuboku və klublarası dünya çempionatın kubokunu qazanıb.

Xatırladaq ki, K.Ronaldo "France Football" dərgisinin sorğusunda da 1-ci olaraq "Qızıl top" mükafatına sahib çıxıb.