şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan – Almaniya: Biletləri onlayn satışda

10.01.2017 12:22 Oxundu 1930

FİFA-2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı bu gündən etibarən başlayır. Biletləri http://tickets.affa.az/ ünvanından əldə etmək olar.

Biletlərin kassalarda satışı fevralın 1-dən etibarən həyata keçiriləcək.