şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

FIFA dünya çempionatının formatını 32-dən 48 yığmayadək genişləndirir

10.01.2017 14:42 Oxundu 2088

FIFA 2026-cı ildə keçiriləcək turnirdən başlayaraq dünya çempionatının formatının 32-dən 48 yığmayadək genişləndirilməsi barədə qərar qəbul edib. Bu barədə FIFA-nın bu gün keçirilən iclasında qərar çıxarılıb. Turnirlərin final mərhələsində hər birində üç komanda olmaqla 16 qrup olacaq. Avropa 16, Afrika 9,5 (keçid oyunları keçiriləcək), Asiya 8,5, Şimali və Mərkəzi Amerika, eləcə də Cənubi Amerikanın hər biri 6,5, Okeaniya isə 1 yığma komanda ilə təmsil olunacaqlar. Hər qrupun iki ən yaxşı komandası pley-off mərhələsinə adlayacaq. Kvotanın bölüşdürülməsi üzrə yekun qərar sonra qəbul olunacaq.

Xatırladaq ki, C.İnfantino FIFA-nın prezidenti seçildiyi vaxt dünya çempionatlarında iştirakçıların sayını artırmaqla nisbətən kiçik ölkələrin də mundialda iştirak edə bilmələrinin vacibliyini qeyd etmişdi.