10.01.2017 14:48
2220
2220
2019-cu ildə yeniyetmələr arasında Avropa Oyunları Azərbaycanda keçiriləcək. Bunu Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç yanvarın 10-da Azərbaycan Milli Olimpiya Komitəsində keçirilən mətbuat konfransında deyib.
Y.Kocijançiç bildirib ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına və Formula-1 Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edib. Bu mötəbər yarışlar Azərbaycan idmanının uğurlu inkişafından xəbər verir.