şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" "Amkar"ın yetirməsini - Rinat Hüseynovu baxışa dəvət edib

10.01.2017 14:55 Oxundu 2275

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Bu gün komandanın heyətinə yeni futbolçu qoşulub. Rusiyanın "Amkar" (Perm) komandasının yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir. Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qolla yadda qalıb.

Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.