şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"XXI əsrin xüsusiyyətlərinə görə dünya çempionatı formalaşdırmalıyıq"

10.01.2017 17:40 Oxundu 2289

FİFA prezidenti Canni İnfantino dünya çempionatının final mərhələsinin iştirakçılarının sayının artırılması ilə bağlı bir daha fikirlərini açıqlayıb. O qeyd edib ki, bu, futbolun inkişafına və onun daha da populyarlaşmasına kömək edəcək: "Mən bilirəm ki, bəziləri bu qərarımızı tənqid edirlər, lakin bununla bağlı müsbət fikirdəyəm. Biz XXI əsrin xüsusiyyətlərini nəzərə almaqla dünya çempionatı formalaşdırmalıyıq. Futbol təkcə Avropa və Cənubi Amerika demək deyil. Bu, idmanın qlobal növüdür".