şənbə, 17 yanvar 2026

VOLEYBOL

“Telekom” “Ximik”ə uduzdu

10.01.2017 17:51 Oxundu 2490

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında II turun matçlarına start verilib. Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edib.Çempionlar Liqasında hələ evdə qələbə qazanmayan komanda sindromu qırmağa çalışsa da, bunu reallaşdıra bilməyib. Zoran Qayiçin yetirmələri 0:3 hesablı məğlubiyyətə üzülüblər. Beləliklə, 2 görüşdən sonra aktivində xalı olmayan “Telekom” qrupda sonuncu pillədən yaxa qurtara bilməyib.

Komandamız növbəti oyununu yanvarın 25-də İtaliyada yerli “Modena” klubuna qarşı keçirəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.

Çempionlar Liqası

II tur

10 yanvar

“Telekom” (Azərbaycan) – “Ximik” (Polşa) - 0:3 (16:25; 21:25; 20:25)

Hakimlər: Filip Şurmann (Lixtenşteyn), Pol Katalin Sabo-Aleksi (Rumıniya)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Konegliano (İtaliya)

1

1

0

3-0

81-65

3

Modena (İtaliya)

1

1

0

3-1

100-86

3

Ximik (Polşa)

2

1

1

4-3

161-157

3

Telekom (Azərbaycan)

2

0

2

0-6

140-165

0

Qeyd edək ki, avrokubokda yeganə qələbəsini Polşa “İmpel”i üzərində qazanan Super Liqanın vitse-çempionu həmin vaxt uğura rəqib meydanında imza atmışdı.