1951
FİFA 2016-cı ilin ən yaxşı rəmzi heyətini müəyyənləşdirdi. Ötən ilin ən yaxşıları İsveçrənin Sürix şəhərində keçirilən qala gecədə mükafatlandırıldılar. 26 mindən çox futbolçu arasında keçirilən sorğunun nəticəsinə əsasən, rəmzi komandada aşağıda adları çəkilən futbolçular yer alıblar:
Qapıçı: Manuel Noyer (Almaniya, "Bavariya")
Müdafiəçilər: Dani Alveş (Argentina, "Barselona"/"Yuventus"), Jerar Pike (İspaniya, "Barselona"), Serxio Ramos (İspaniya, "Real"), Marselo (Braziliya, "Real")
Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, "Real"), Toni Kroos (Almaniya, "Real"), Andres İnyesta (İspaniya, "Barselona")
Hücumçular: Luis Suares (Uruqvay, "Barselona"), Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real")
Göründüyü kimi, heyətə "Real"dan 5, "Barselona"da 4 oyunçu daxildir. Maraqlıdır, bu heyətə İngiltərə çempionatında çıxış edənlərdə bir kimsə daxil edilməyib. Məlumata görə bu heyətə düşmək üçün Pol Poqba ("Mançester Yunayted") kimi bir oyunçuya iki səs çatmayıb. "Atletiko"nun Qrizmanına da burada yer verilməyib. Halbuki o, ötən ilin ən yaxşı futbolçusu adına namizədlərdən biri idi.
Bir daha xatıradaq ki, keçirilən sorğunun yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumçusu Kriştiano Ronaldo ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Lionel Messi (Argentina, "Barselona") və Antuan Qrizmannı (Fransa, "Atletiko") qabaqlayıb.
K.Ronaldo ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatına sahib çıxıb. Bununla da o, bu mükafatı qazanan ilk oyunçu olub.