şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

İnyesta "Real"ın futbolçularından üzr istəyib

10.01.2017 18:51 Oxundu 2051

"Barselona"nın kapitanı Andres İnyesta mənsub olduğu komandanın futbolçularının FIFA-nın mükafatlandırma mərasiminə qatılmamasına görə üzr istəyib. "Marca" qəzetinin məlumatına görə, o, "Real"ın futbolçularına zəng edərək onları inandırmağa çalışıb ki, "Barsa" futbolçuları bilərəkdən deyil, sadəcə rəhbərliyin qərarından kənara çıxa bilmədikləri üçün mərasimə qatıla bilməyiblər.

Qeyd edək ki, ötən axşam FIFA Sürixdə keçirilən qala-mərasimə Lionel Messi, Luis Suares, Jerard Pike və İnyestanın özünü dəvət etmişdi. Onların arasında ancaq argentinalı Messi ilin ən yaxşı futbolçusu adına namizədlər arasında yer alıb. Digərləri FIFA versiyası üzrə rəmzi yığmaya daxil edilib. "Barselona" klub kimi həmin tədbirdə sadəcə rəhbərlik səviyyəsində təmsil olunub.