şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” təlim-məşq toplanışını davam etdirir

10.01.2017 21:28 Oxundu 2226

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Hazırlığın altıncı günündə komanda iki məşqlə kifayətlənib. İlk məşqin meydançada keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ilk hazırlıq fitnes zalında baş tutub. Günün ikinci məşqi isə yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 18:00) hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu– Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

Qeyd edək ki, komandanın sabah üçün bir məşqi nəzərdə tutulub.