cümə, 01 may 2026

BİZİM FUTBOL

"Səbail" Mirzağa Hüseynpur ilə müqavilə imzalayıb

10.01.2017 23:22 Oxundu 2551

"Səbail" qış transfer dövründə dördüncü transferini həyata keçirib. 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpur ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyanın "Rostov" klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter", "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.