cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"Düşünürəm ki, artıq futbol tarixinə düşmüşəm"

11.01.2017 10:58 Oxundu 2051

"Real"ın hücumçusu Kriştianu Ronaldo 2016-ci ildə öz nailiyyətlərini qiymətləndirib. O deyib: "Düşünürəm ki, artıq futbol tarixinə düşmüşəm. Mən lap uşaqlıq illərimdən yalnız futbolçu deyil, həm də ulduz olmağa iddialı olmuşam. Bu da məndə alındı! Mükafatlar və fərdi nailiyyətlərim, titullar və statistik rekordlarım belə deməyə mənə haqq verir. Mən bununla fəxr edirəm və belə nailiyyətlər məni daha yaxşı çalışmağa sövq edir".

Onun sözlərinə görə bu cür uğurlara imza atmağın elə bir sirri yoxdur: "Bu ağır və gərgin iş bəhrəsidir. Mən klub naminə oynayıram, bu da mənə çoxlu uğurlar qazandırmaq imkanı verir. Elə yığmada da... Ötən il mənim bütün arzularım həyata keçdi".

Ronaldonun ötən ilki uğurlarını təqdim edirik:

*Avropa Çempionu

* Çempionlar Liqası

* UEFA-nın Superkuboku

* Klub Çempionu

* "Avropanın ən yaxşı oyunçusu" mükafatı

* "Qızıl top" mükafatı

* FİFA-nın versiyasına görə dünyanın ən yaxşı futbolçusu