11.01.2017 11:11
2109
2109
"Əvvəllər stadionlara 20-30 min adam toplaşırdı. Futbolu sevmək, stadiona getmək lazımdır. Futbolumuzun təbliğatı güclü olmalıdır. Stadionlara baxırsan, 100-200 nəfər var, tribunalar boşdur. Futbolu gərək milyonlarla insan oynasın ki, onların arasından 50-60 nəfər normal futbolçu çıxsın. Hər oxuyandan Molla Pənah olmur ki... Futbolumuzda kütləvilik yoxdur". Bu sözləri AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov verdiyi açıqlamalın birində deyib. O həmçinin bildirib: "Əvvəllər Azərbaycanın bütün rayonlarında, hətta kəndlərdə futbol oynayırdılar. Amma indi futbol mərkəzlərində belə, komandalar yoxdur".