11.01.2017 11:41
2164
2164

Münhen "Bavariya"sının futbolçusu Tomas Müller deyib ki, o, sırf hücumçu deyil. Üstəlik, Almaniya yığmasının oyunçusunu forfard kimi xarakterizə etmək də onun xoşuna gəlmir: "Xoşuma gəlmir ki, məni hücumçu adlandırsınlar. Özümü bu mövqedə görmürəm. Mən meydanın ortasına yaxın yerdə daha çox hərəkətdə oluram və rəqibin başağrısına çevrilirəm. Əslində mən yarımmüdafiəçi və hücumçu "qarışığıyam". Əgər məni bombardir kimi xarakterizə etsələr, bu mənim ürəyimcə olar".