cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Amit Quluzadə AEL-lə münasibətləri rəsmiləşdirdi

11.01.2017 13:14 Oxundu 2581

"Sumqayıt"dan ayrılaraq yenidən legioner həyatı yaşamaq qərarına gələn Amit Quluzadə Yunanıstanın AEL-i ilə münasibətləri rəsmiləşdirib. 24 yaşlı yarımmüdafiəçi artıq rəsmi müqaviləyə qol çəkib. Bu barədə futbolçu özü feysbuk səhifəsində məlumat yayıb. Azərbaycan millisinin də formasını geyinmiş Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə qol çəkib.

Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində "Erciyesspor" (Türkiyə) və "Atletiko" (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.