cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldo: "Şoka düşmüşəm"

11.01.2017 14:24 Oxundu 2460

Əfsanəvi braziliyalı hücumçu Ronaldonun köklüyü indi dünya futbol mediasının gündəmindədir. Hətta onun köklüyü zarafat mənbəyinə də çevrilib. Bu yaxınlarda Ronaldo onun çəkisi ilə bağlı İngiltərə millisinin sabiq hücumçusu Mayk Oueinin etdiyi zarafata münasibət bildir. O deyib: "Dünyanın mənim çəkimin artmasına bu qədər diqqət yetirməsindən şoka düşmüşəm. Düzünü desəm, bunun nə qədər vacib olduğunu hələ də anlaya bilmirəm"

Kral klubunun sabiq futbolçusu Roberto Karlos isə belə deyib: "Belə zarafatlar xoşagələn deyil. Ronaldo mənim yaxın dostumdur. Belə məsələdən danışarkən bir qədər diqqətli olmaq lazımdır. Onun bədən quruluşuna, çəkisinə deyi, ürəyinə diqqət yetirmək lazımdır. Onun elə saf ürəyi var ki..."

Xatırladaq ki, bugünlərdə Uoen şəxsi Tvitter hesabında Ronaldo, Luiş Fiqu və Zinəddin Zidanla şəklini paylaşaraq yazıb: "Ronaldonu görənə qədər son vaxtlar kökəldiyimi düşünürdüm".