cümə, 16 yanvar 2026

VOLEYBOL

U-18-imz Rusiya, Rumıniya və Portuqaliya milliləri ilə qarşılaşacaq

11.01.2017 15:57 Oxundu 2587

Bu gün voleybol üzrə gənc qızlardan ibarət Azərbaycan millisi (U-18) Rumıniyaya yola düşüb. Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, Avropa çempionatının II seçmə mərhələsində iştirak edəcək qızlarımız “E” qrupunda mübarizə aparacaqlar. Yanvarın 12-dən 15-dək keçiriləcək yarışda millimizin rəqibləri Rusiya, Rumıniya və Portuqaliya milliləri olacaq. Qızlarımız yanvarın 13-də Rusiya, bir gün sonra Portuqaliya, yanvarın 15-də isə Rumıniya yığması ilə qarşılaşacaqlar. Qrupda birinci yeri tutan komanda aprelin 1-9-da Hollandiyada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, II seçmə mərhələdə 32 ölkə hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.