cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Ümid son tura qalıb?

11.01.2017 17:08 Oxundu 2316

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə C qrupunda II tura yekun vurulub. Azərbaycan yığmasının Qazaxıstanla heç-heçə (2:2) etdiyi turun digər matçında da qalib müəyyənləşməyib.Belə ki, Slovakiya və Litva milliləri meydanı qolsuz heç-heçə ilə tərk edib. Nəticədə Baltikyanı ölkə təmsilçisi 1-ci pillədə mövqeyini qoruyub. Azərbaycan yığması isə 1 xalla sonuncu pillədə qalıb.

Beləliklə, C qrupunda 1/4 finalçılar və 9-16-cı yerlər uğrunda mübarizə aparacaq komandaların adlarına son tur aydınlıq gətirməli olacaq. Təbriz Həsənovun baş məşqçisi olduğu yığmamız yanvarın 13-də Slovakiya ilə qarşılaşmada mütləq qalib gəlməlidir. Əslində bu da kifayət etməyə bilər. Çünki qələbədən başqa Litvanın da uduzmamağı lazımdır. İstənilən başqa nəticə isə millimizi digər matçdan asılı olmayaraq autsayderlər sırasında saxlayacaq. Çünki heç-heçə edəcəyi halda komandamız ən azı 2 komandadan – ilk turda uduzduğu Litva və hesabında iki qolsuz heç-heçə olan Slovakiyadan geridə qalacaq.

1

Litva

2

1

1

0

2-1

4

2

Qazaxıstan

2

0

2

0

2-2

2

3

Slovakiya

2

0

2

0

0-0

2

4

Azərbaycan

2

0

1

1

3-4

1