cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Neftçi” “Nasaf”a uduzdu

11.01.2017 20:19 Oxundu 2318

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi” bu gün növbəti yoxlama görüşünə çıxıb. Paytaxt təmsilçisi Özbəkistan klubu “Nasaf”la üz-üzə gəlib."Bellis Deluxe” otelinin meydançasında baş tutan qarşılaşma "ağ-qaralar"ın minimalhesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsində yanvarın 8-də keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Sivasspor” klubu (0:0) ilə qarşılaşıb.

Yoxlama görüşü

11 yanvar

“Neftçi” – “Nasaf” (Özbəkistan) - 0:1

“Neftçi”: 33.Boban Baykoviç, 27.Məqsəd İsayev, 29.Georgi Navalovski, 6.Pavel Dreksa, 3.Jairo Rodriges, 87.Kirilo Petrov, 8.Zdenek Folprext, 17.Rəhman Hacıyev, 10.Cavid İmamverdiyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç

İkinci hissədə meydana çıxanlar: İqnasio Herrera, Fəhmin Muradbəyli, Tərzin Cahangirov, Edson Kastilyo, Maksim Vaylo

Əvəz olunan oyunçular: Zdenek Folprext, Jairo Rodriges, Cavid İmamverdiyev, Damir Vidoviç, Boban Baykoviç