bazar, 08 noyabr 2026

ŞAHMAT

“ASAN” könüllüləri arasında turnirin qalibi müəyyənləşib

12.01.2017 07:56 Oxundu 2444

Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında turnirin qalibi müəyyənləşib.Dairəvi sistem üzrə beş turdan ibarət yarışda hər birinin heyətində 5 könüllü olan 6 komanda mübarizə aparıb.

Bütün görüşləri qələbə ilə başa vuran 3 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri turnirin qalibi olublar. 1 saylı “ASAN xidmət”in mərkəzinin komandası ikinci, 2 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri isə üçüncü yeri tutublar.

Mükafatçılara sertifikat və medallar, qalib komandaya isə kubok təqdim olunub.